Nəriman Həsənzadəni kimlər yada salır?

26.01.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Nəriman müəllimin səhhəti yaxşıdır, arada yazır-pozur”. 

 Bu sözləri Bakıvaxtı.az-a Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost onun hazırkı sağlıq durmu ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Nəriman Həsənzadə evdədir və ayağa qalxıb gəzir:

“Nəriman müəllimin yaddaşı da, gümrahlığı da qaydasındadır. Ötən həftənin şənbə günü Azərbaycan Yazçılar Birliyinin sədri, Xalq yazıçısı Anar zəng etmişdi, onunla danışdı. Heydər Əliyev Fondundan nümayəndələr gəlib Nəriman müəllimlə görüşdülər, onu ziyarət etdilər. Dostları onu unutmur, sağ olsunlar”.

Məlumat üçün bildirək ki, Xalq şairi Nəriman Həsənzadə böyrəklərində yaranan problemlə əlaqədar müalicə alırdı. Bir müddət öncə o, müalicə aldığı Mərkəzi Klinikadan evə buraxılıb. Şair müalicəsini ev şəraitində davam etdirir.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью