Nəriman Həsənzadənin adından saxta səhifə açılıb

08.10.2026

Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mərhum Xalq şairi Nəriman Həsənzadənin adından sosial şəbəkədə saxta səhifə açılıb.

Axşam.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyat Rza sosial şəbəkə hesabında məlumat verib.

“Xalq şairi Nəriman Həsənzadənin adından səhifə açılıb. Həmin səhifə vasitəsi ilə uyğunsuz qruplara dəvətlər edilir. Ailəsi ilə əlaqə saxladıq. Xəbərsizdirlər və narahatlıqlarını ifadə etdilər. Səhifənin şikayət edilməsini xahiş etdilər. Bu səhifəni işlədən hər kimdirsə, könüllü olaraq bağlasa yaxşı olar. Ayıbdır!” deyə, Xəyal Rza paylaşımında qeyd edib.

Qeyd edək ki, Nəriman Həsənzadə avqustun 1-də vəfat edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью