Nəriman Həsənzadənin səhhətindəki son durum açıqlandı

26.01.2026

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Xalq şairi Nəriman Həsənzadənin ev şəraitində müalicəsi davam edir.

Bunu Teleqraf-a açıqlamasında Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost deyib.

"Şükür Allaha səhhəti yaxşıdır. Xəstəxanadan evə buraxıldıqdan sonra dializləri dayandırılıb", - Arif Mehmandost əlavə edib.

Qeyd edək ki, Nəriman Həsənzadənin 94 yaşı var. Bir müddət Mərkəzi Klinik Xəstəxanasında müalicə alan Xalq şairi Yeni il ərəfəsində evə buraxılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью