Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır stabildir.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Mərkəzi Klinikadan məlumat verilib.
Bildirilib ki, Nəriman Həsənzadənin Reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir:
"Xronik böyrək çatışmazlığı kəskinləşməsi diaqnozu ilə hemodializ proseduru icra edilir. Vəziyyəti ağır stabil qiymətləndirilir".
Xatırladaq ki, xalq şairi noyabr ayından Mərkəzi Klinik xəstəxanasına yerləşdirilib.
Zeynəb Rzayeva