Nəriman Həsənzadənin SON DURUMU: “Elə indicə...”

07.07.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Nəriman Həsənzadənin vəziyyəti ağır-stabil olaraq qalır”.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Azərbaycanın Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadənin qızı Xatirə Həsənzadə deyib.

O qeyd edib ki, xalq şairi hələ də reanimasiyadadır:

“Həkimlər qidalandırırlar. Elə indicə yanında oldum. Reanimasiyada olan adam necə olursa, Nəriman müəllim də elədir”.

Qeyd edək ki, Nəriman Həsənzadə Mərkəzi Klinikada müalicə olunur. O, xroniki orqan çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə qəbul olunub.

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью