Nəriman Həsənzadənin vəziyyəti ağır olaraq qalır KONKRET

01.07.2026

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır.

KONKRET.az xəbər verir ki, bu barədə Pravda.az-a açıqlamasında Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost deyib.

O bildirib ki, şair hazırda reanimasiya şöbəsindədir və kompleks müalicəsi davam etdirilir: “Hansı müddətə yaxşılaşacağı ilə bağlı heç kim heç nə deyə bilməz. Ümid edirik ki, inşallah tezliklə özünə gələr. Şüuru özündədir, amma danışmaqda çətinlik çəkir. Çünki süni tənəffüs aparatına qoşulub. Yavaş-yavaş göstəriciləri düzəlir. Hazırda dializ olunub, ümid edirik ki, müalicələrə  müsbət cavab verər”.

A.Mehmandost qeyd edib ki, bir müddət əvvəl şairin vəziyyəti  yaxşı olsa da, birdən-birə ağırlaşıb: “Böyrək çatışmazlığı olduğundan arada böyrək funksiyasını itirir. Bu səbəbdən də vəziyyəti qəflətən ağırlaşdı”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью