Nəriman Həsənzadənin vəziyyəti ağırdır

17.07.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır-stabil olaraq qalır.

Bu barədə Axar.az-a açıqlamasında şairin köməkçisi Arif Mehmandost deyib.

“Reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır. Huşu yerindədir, danışır, lakin tam özünə gələ bilməyib. Böyrək çatışmazlığı diaqnozu qoyulub”, - o bildirib.

Qeyd edək ki, 95 yaşlı xalq şairi iyun ayının sonlarında xəstəxanaya yerləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью