Nəriman Həsənzadənin vəziyyəti ağırdır: 40 gündür xəstəxanada yatır

20.11.2025

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Xalq şairi Nəriman Həsənzadə Mərkəzi Klinik xəstəxanasına yerləşdirilib.

Bu barədə Lent.az-a şairin köməkçisi Arif Mehmandost məlumat verib.

Onun sözlərinə görə, Nəriman Həsənzadə artıq 40 gündür xəstəxanada müalicə olunur. Köməkçi bildirib ki, şairin əsas problemi böyrək çatışmazlığıdır. Hazırda o, palatada həkim nəzarəti altında saxlanılır.

Arif Mehmandost qeyd edib ki, həkimlər müalicəni davam etdirir və şairin vəziyyəti diqqətlə izlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью