Nəriman Messi ilə qarşılaşa bilmədi NİYƏ?

02.08.2026

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

ABŞ-ın əsas futbol liqası olan MLS-də mövsüm davam edir.

Ötən yazıların birində Nəriman Axundzadənin formasını geydiyi “Kolambus Kryu”nun Lionel Messili “İnter Mayami”ilə qarşılaşacağından xəbər vermişdik. Təəssüf ki, Nərimanın dünya futbolunun əfsanəsi ilə dueli baş tutmayıb. Əslində Messinin dincələcəyi, Axundzadənin oynayacağı daha çox ehtimal olunan variant idi. Ancaq Leo 53 dəqiqə meydanda olub, Nərimanın adi isə sifariş ərizəsinə düşməyib. Oyun heç-heçə bitib.
“Football-plus-az” Nərimanın yoxluğu ilə bağlı futbolçunun agenti Tural Əsgərlinin fikrini öyrənib:

“Yəqin ki, hazır vəziyyətdə olmayıb və bu səbəbdən oyuna buraxılmayıb. Komandada əsas qərar verən şəxs baş məşqçidi. Görünür, o, Nərimanın tam hazır olmadığını düşünüb.
Bu məsələ ilə bağlı mənim agent kimi fikir bildirməyim düzgün olmaz. Çünki klubda nə prezidentin, nə də digər şəxslərin baş məşqçinin qərarına müdaxilə etmək imkanı var. Son qərarı verən şəxs məhz baş məşqçidi”.


İSRAYIL XEYRULLAYEV
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью