Nəriman Messinin komandasına qarşı oynamadı

02.08.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kryu” MLS-də növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “İnter Mayami” ilə qarşılaşıb. 4 qolun vurulduğu matç bərabərliklə başa çatıb – 2:2.

Nəriman oyunda iştirak etməyib. O, heyətə daxil edilməyib.

“İnter Mayami”də isə Messi ikinci hissədə meydana çıxıb.

“Kolumbus Kryu” turnir cəvdəlində 20 xalla 11-cidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью