Nəriman Norveçə yollana biləcəkmi? Qarabağ Molde danışıqlarında son durum açıqlandı

09.06.2025

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xatırlayırsızsa, martın son günlərində manşetləri "Molde"nin "Qarabağ"ın futbolçusu Nəriman Axundzadəni heyətinə qatmaq istədiyi haqda xəbərlər bəzədi.

Bəli, Norveç klubu həqiqətən gənc hücumçunu transfer etmək niyyətində idi. Ancaq bu ölkədə "transfer pəncərəsi"nin bağlanmasına qalan bir neçə gün prosesin tamamlanması üçün yetərli olmadı. O vaxt danışıqlar prosesinin içində olan Tural Əsgərov saytımıza açıqlamasında məsələnin yayda yenidən gündəmə gəlmək ehtimalının böyük olduğunu demişdi.
Məlum olduğu kimi, artıq ölkəmizdə "futbol ili" başa çatıb və komandalar heyətlərin yenilənməsi yönündə ilkin addımlar atmağa başlayıb. Bəs "Molde"dən yeni çağırış varmı? Danışıqlar bərpa edilib? Hansısa yenilik varmı?
Bu suallarla Tural bəyə müraciət etdik. Menecerin "Football-plus.az"a cavabı:

"Yox, "Molde"dən bizimlə əlaqə saxlamağa çalışmayıblar. Bu an üçün belə söhbət gündəmdə deyil".

Xatırladaq ki, "Qarabağ"ın Nərimanla müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaq. "Transfermarkt"a görə 21 yaşlı hücumçunun qiyməti 1,8 milyon avrodu.
KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью