Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə “qol orucunu” pozub.
Futbolpress.az xəbər verir ki, o, U-21 yığmasının heyətində Avropa çempionatının seçmə mərhələsində Şotlandiya ilə oyunda (2:5) fərqlənib.
Nəriman sonuncu dəfə “Qarabağ” formasıyla 2025-ci ilin dekabrında “Araz-Naxçıvan”la matçda qol vurmuşdu.
Bu ilin yanvarında MLS təmsilçisi “Kolumbus Kryu”ya keçən 22 yaşlı hücumçunun ABŞ karyerası uğursuz alındı. Yay transfer dönəmində “Erzurumspor”a icarəyə verilən Nəriman Super Liqada hələ qol hesabını aça bilməyib.