Nəriman Qurbanov vəfat etdi FOTO

24.10.2025

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov vəfat edib.

Metbuat.az teleqraf-a istinadən xəbər verir ki, o, 65 yaşında qəfil dünyasını dəyişib.

Qeyd edək ki, əməkdar dövlət qulluqçusu Nəriman Qurbanov indiyədək bir sıra vəzifələrdə çalışıb. Vaxtilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışan N.Qurbanov daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri olub. O, eyni zamanda, Mədəniyyət Nazirliyində Protokol xidməti və dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri kimi də fəaliyyət göstərib.

N.Qurbanov oktyabrın 20-də 65 illik yubileyini qeyd etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью