Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Nəriman yenə oynamadı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kru” MLS-də növbəti oyuna çıxıb.
QOL.az xəbər verir ki, komanda 15-ci turda öz meydanında “Atlanta” ilə qarşılaşıb. Matç “Kolumbus Kru”nun qələbəsi ilə başa çatıb – 2:0.
Nəriman bu görüşün iştirakçısı olmayıb. O, sona qədər ehtiyatda qalıb. 22 yaşlı futbolçu ötən tur da ehtiyatda qalmışdı.Ancaq ötən həftə ABŞ Kubokunun 1/4 finalında “Nyu York Siti” görüşdə 64 dəqiqə meydanda olan forvard komandasının yeganə qolunun ötürməsini etmişdi.
"Kolumbus Kru" - "Atlanta" - 2:0
Qollar: Banqura, 24, Rossi, 45+2
“Kolumbus Kru” Şərq Konfransında 15 turdan sonra 16 xalla 10-cu sıradadır.