Nərimanın klubu sabiq Barselona lı ilə anlaşdı RƏSMİ

20.02.2026

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

32 yaşlı portuqaliyalı yarımmüdafiəçi Andre Qomeş karyerasını Amerikada davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, təcrübəli oyunçu azərbaycanlı futbolçu Nəriman Axundzadənin bu ay anlaşdığı "Kolambus Kryu"ya transfer olunub.

Məlumatı sözügedən klubun mətbuat xidməti yayıb. Ulduz futbolçu yeni komandasına azad agent kimi qoşulub.

Qomeşin Amerika komandası ilə müqaviləsinin müddəti gələn ilin ortalarına qədər qüvvədə olacaq. Müqavilədə müqavilənin daha bir il uzadılması seçimi də var.

Andrenin son klubu Fransa klubu "Lill" olub. Yarımmüdafiəçi komandadan fevral ayında ayrılıb. Qomes bu mövsüm Liqa 1-də cəmi 2 oyun keçirib.

Portuqaliyalı yarımmüdafiəçi Avropada "Benfika", "Valensiya", "Barselona" və "Everton"dakı çıxışları ilə tanınır. O, Portuqaliya millisində 29 oyun keçirib.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью