Nərimanın komandasından böyükhesablı məğlubiyyət

17.08.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə Super Liqasının I turu çərçivəsində “Ərzurumspor” səfərdə “Amed”in qonağı olub.

Futbolpress.az xəbər verir ki, qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Amed”ə qələbə gətirən qolları 53-cü və 62-ci dəqiqələrdə Dia Saba, 70-ci dəqiqədə isə Gökhan Gül vurub.

“Ərzurumspor”un heyətində çıxış edən azərbaycanlı hücumçu Nəriman Axundzadə matça ehtiyat oyunçular skamyasında başlayıb. O, 75-ci dəqiqədə Mustafa Fəttahoğlunun əvəzinə meydana daxil olub.

Türkiyə Super Liqası

I tur

16 avqust

Amed – Ərzurumspor 3:0

Qollar: Dia Saba, 53, 62, Gökhan Gül, 70

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью