Nərimanın komandasından transfer şousu

05.09.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin şərəfini qoruduğu Türkiyə Super Liqası təmsilçisi “Ərzurumspor” transfer pəncərəsinin son günündə heyətini üç yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “dadaşlar” Belçikanın “Serkl Brügge” klubundan 22 yaşlı yarımmüdafiəçi Lavrens Aqyekumu 1 illik icarəyə götürüb. Karyerası ərzində həmçinin “Lieferinq” və “Zalsburq” kimi komandalarda çıxış edən Aqyekum ötən mövsüm keçirdiyi 31 qarşılaşmada 2 məhsuldar ötürmə müəllifi olub.

Klub rəhbərliyi həmçinin 21 yaşlı yarımmüdafiəçi Emirhan Acarla 3 illik müqavilə bağlayıb. Ötən mövsüm “Bandırmaspor”un heyətində Türkiyə 1-ci Liqasında 27 matçda 3 qola imza atan futbolçu daha əvvəl “Tirol”, “Torino” U-19 və U-20 komandalarında oynayıb. Eyni zamanda Türkiyənin U-21 millisinin də şərəfini qoruyur.

Ərzurum təmsilçisinin son transferi isə 18 yaşlı Taha Rençber olub. “Dadaşlar” gənc futbolçu ilə 1 illik müqavilə imzalayıblar. Taha ötən mövsümü icarə əsasında “Hopaspor”da keçirsə də, burada rəsmi matçlarda forma geyinmək şansı əldə etməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью