Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-ın “Kolumbus Kru” klubu azərbaycanlı futbolçu Nəriman Axundzadənin Türkiyənin “Erzurumspor” komandasına keçidi ilə bağlı açıqlama yayıb.
QOI.az-ın xəbərinə görə, açıqlamada bildirilib ki, 22 yaşlı Türkiyənin “Erzurumspor” klubuna icarəyə verilib.
Həmçinin oxuyun: Nəriman Axundzadə Türkiyə klubuna keçir - Rəsmi
İcarə müqaviləsi 2027-ci ilin sonunadək nəzərdə tutulub. Razılaşmaya əsasən, Türkiyə təmsilçisinin Nəriman Axundzadəni icarə müddətinin sonunda birdəfəlik transfer etmək hüququ da var.
Xatırladaq ki, “Erzumrumspor” da açıqlama yayaraq bildirib ki, Axundzadə tezliklə tibbi müayinədən uğurla keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
Əlavə edək ki, N.Axundzadə “Kolumbus Kru”ya bu ilin qış transfer pəncərəsi dövründə “Qarabağ”dan keçib.