Nərimanov heykəli ətrafında nəqliyyat şəraiti yaxşılaşdırıldı VİDEO

11.02.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Nərimanov heykəli ətrafında nəqliyyat şəraiti yaxşılaşdırılır.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün səkilər yenidən qurulub.

"Kəsişmələr boyunca daha funksional 8 piyada keçidi təşkil edilib. İndi piyadalar asanlıqla digər küçələrə də keçid edə biləcəklər.
Bundan başqa, nəqliyyatın növbəli hərəkəti üçün video qrafikada qeyd edilən yerdə işıqforlar quraşdırılıb.

Bu yeniliklər sayəsində həm piyadaların hərəkəti asanlaşacaq, həm də hərəkət iştirakçılarının təhlükəsizliyi artacaq", - deyə qurumdan məlumat verilib.(trend)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью