Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

03.10.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın Nərimanov rayonunda oğurluq hadisələri baş verib.

APA DİN-ə istinadən xəbər verir ki, rayonun müxtəlif ərazilərində marketlərdən, eyni zamanda bir nəfərin velosipedini, digər şəxsin isə 2 ədəd mobil telefonunun talanması barədə polisə məlumat daxil olub. Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən V.Cəfərov, T.Cəfərov, S.Mahmudov və əvvəllər məhkum olunmuş D.Qasımov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, zərərçəkənlərə 5000 manatdan çox ziyan dəyib.

Faktlarla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью