Nərimanov rayonunda şəhid övladının doğum günü qeyd olunub

26.02.2026

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

YAP Nərimanov rayon təşkilatı tərəfindən Vətən müharibəsi şəhidi Əhmədağa İsgəndərovun qızı Nəsrin İsgəndərovanın doğum günü münasibətilə şəhidin ailəsi ziyarət olunub.

YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov və təşkilatın əməkdaşları Vətən müharibəsi şəhidi Əhmədağa İsgəndərovun 7 yaşını qeyd edən qızı Nəsrin İsgəndərovanı doğum günü münasibətilə təbrik edib, Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbr diləyib, igid qəhrəmanımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər. A.Abbasov Prezident İlham Əliyevin şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs edib, şəhidlərimizin qəhrəmanlığından danışıb və Azərbaycan xalqının bütün şəhidlərimizlə fəxr etdiyini söyləyib.

Bildirilib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq, ölkəmizin hər yerində olduğu kimi, Nərimanov rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupuna aid insanlar lazımi qayğı ilə əhatə olunur, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların adı əbədiləşdirilir.

Nəsrin İsgəndərovaya YAP Nərimanov rayon təşkilatı adından hədiyyə təqdim olunub və ona gələcək həyatında uğurlar arzulanıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью