Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Bakının Nərimanov rayonu ərazisində yolun hərəkət hissəsində su xəttində qəza baş verib.
Bununla bağlı Oxu.Az-a məlumat daxil olub.
Qeyd olunub ki, Zeynal Xəlil küçəsində su xəttinin partlaması, küçədə hərəkəti çətinləşdirib.
Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti faktı təsdiqləyib.
"Qəza baş verən ünvana cəlb edilən əməkdaşlarımız tərəfindən su xətti artıq təmir edilib və su axıntısı aradan qaldırılıb", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova