Nərimanov rayonunda suşi emalı müəssisəsində nöqsanlar aşkarlanıb AZƏRTAC

17.01.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı,17 yanvar, AZƏRTAC

Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi, 107 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Novruzov Faiq Yaşar oğluna məxsus suşi emalı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müəssisədə emal prosesinin pozulduğu, temperatur rejiminə əməl olunmadığı, istifadə edilən qida məhsullarının üzərində qanunvericiliyə uyğun markalanmanın aparılmadığı, ayrıca sahələrin təşkil edilmədiyi, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçirilmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı inzibati protokol tərtib edilib və məhdudlaşdırıcı qərar qəbul olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью