“Nərimanov rayonunda yaşlı sakinlər diqqətdə saxlanılır” Təmraz Tağıyev

06.06.2025

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan müqəddəs Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd edilir”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Qərbi Azərabaycan İcmasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib.

Təmraz Tağıyevin sözlərinə görə, müqəddəs Qurban bayramı münasibətilə əslən Qərbi Azərbaycandan olan 103 yaşlı Fatma İsmayılovanın ailəsi də ziyarət olunub, qurban payı təqdim edilib.

Rayon təşkilatın sədri bildirib ki, Qərbi  Azərbaycanlıların ən çox məskunlaşdığı Nərimanov rayonunda daim ahıl və yaşlı sakinlər diqqətdə saxlanılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью