Nərimanov stansiyasının 4 cü çıxışı təmirə bağlanılıb

13.11.2025

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

"Bakı Metropoliteni" QSC “Nərimanov” stansiyasının 4-cü keçid çıxışında divar üzlüklərinin bərpası işlərinə başlayıb.

Bu barədə Bakıvaxtı.az-a QSC-dən bildirilib.

Qurum təmir müddətində sərnişinlərdən müvəqqəti olaraq 5 saylı çıxışdan istifadə etmələrini xahiş edir.

İşlərin noyabrın sonunadək tamamlanması nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью