Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Bakıda yolun ortasında yaranan çuxur sürücülərə təhlükəli vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, videogörüntü paytaxtın Ağa Nemətulla küçəsində qeydə alınıb. Belə ki, tunelin üzərindəki yolda asfalt qatı çökdüyü üçün dərin çuxur yaranıb. Günün qaranlıq saatlarında bu yolla hərəkət edən sürücülərin böyük əksəriyyəti həmin çuxura düşürlər. Bu səbəbdən avtomobilin təkərinə və asqı sisteminə zərər dəyir.
Sözügedən videonu təqdim edirik.
Fərid
bax.tvhttps://player.bax.tv/embed/228306.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler