Icma.az, Bizim media saytına istinadən bildirir.
Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində uçqun baş verib.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq, FHN-nin mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yaşayış olmayan dördmərtəbəli binanın bir hissəsində mənzillərin tavanının çökdüyü müəyyən edilib. Xilasedicilər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bizim.Media