Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində mənzildə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)