Nərimanovda binaların qanunsuz çıxıntıları sökülür Foto

25.07.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Bakının Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yeni yolun çəkilişi davam edir.

Axar.az xəbər verir ki, işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən həyata keçirilir.

Sözügedən ərazidə yol yenilənir, hərəkət hissəsi genişləndirilir.

Bu məqsədlə bəzi binalardakı qanunsuz çıxıntılar da sökülür. İşlərin sonunda həm nəqliyyatın hərəkəti rahatlaşacaq, həm də yol infrastrukturu daha müasir və təhlükəsiz olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью