Icma.az, Avtosfer portalına istinadən məlumat yayır. Paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində qayda pozan sürücülər özlərini vide
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb.
Kadrlardan görünür ki, 99-E-625 dövlət nömrə nişanlı “Tufan” markalı, 99-X-819 nömrəli “CFMoto” markalı və dövlət nömrə nişanı olmayan motosiklet sürücüləri piyadalar üçün ayrılmış səki ilə hərəkət ediblər.
Belə ki, öncə tıxacda dayanmaq istəməyən motosikletçilərdən biri səkiyə çıxaraq hərəkət edir.
Bunu görən digər sürücü həmkarına “Qardaşım yolunu tapdı” deyə səslənir. O isə cavabında “Bacarırsan, sən də et” deyir.
Əvvəlcə tərəddüd edən sürücü daha sonra səkidə hərəkət edir.
Ardınca görüntünü qeydə alan üçüncü motosikletçi də eyni qayda pozuntusuna yol verir.
Qanunvericiliyə əsasən, səkilər yalnız piyadaların hərəkəti üçün nəzərdə tutulub.