Nərimanovda əməliyyat: 8 narkokuryer tutuldu

26.08.2025

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Nərimanovda son əməliyyatlar zamanı 44 kiloqram narkotik vasitə aşkarlanıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən 8 nəfər: Eldar Cəfərov, Elmin Qazalıyev, Rahim Abdullayev, Vaqif Rzazadə, onunla əlbir olan Faiq Rzayev, Ramil Abbasov və tanışı Ruslan Məmmədov, eləcə də Rəhim Ağazadə saxlanılıblar.

Onlardan ümumilikdə 44 kiloqram 452 qram, o cümlədən 1 kiloqram heroin, 2 kiloqrama yaxın tiryək, 1 kiloqram psixotrop maddə metamfetamin, 25 ədəd güclü təsiredici xassəyə malik metadon və digər növdən olan həblər aşkarlanıb.  Toyuqlu pizza

Bundan əlavə, Nərimanov rayonunda iyul-avqust aylarında narkotiklərlə əlaqəli 43 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən isə cari il ərzində 79 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə çıxarılıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью