Nərimanovda mağazada yanğın olub Video

19.12.2024

Anews portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Bu barədə  FHN-in mətbuat xidmətindən məlumat verilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 30kv.m. olan musiqi alətlərinin satışı mağazasının anbarında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində mağazanın anbar hissəsində 6kv.m. sahədə musiqi alətləri, 6 p.m. elektrik kabeli və 3 ədəd elektrik açarı yanıb.

Anbarın böyük hissəsi və mağaza yanğından mühafizə olunub.


www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью