Nərimanovda obyekt yanır Fotolar Yenilənir | Icma.az
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
*** Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yanğınla bağlı məlumat yayıb.
Bildirilib ki, Nərimanov rayonu, Ziya Bünyadov prospektinin yaxınlığındakı obyektlərin birində baş verən yanğın səbəbindən metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülür.
*** DİN Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Tam oxu
Xəbəri oxu