“Nərimanov”da problem yarandı Qatarlar gecikir Fotolar Yenilənib

29.01.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu dəqiqələrdə metronun “Nərimanov” stansiyasında problem yaranıb.

“Qafqazinfo” xəbər verir ki, problem nəticəsində stansiyanın platformasında sıxlıq müşahidə olunur.

Qurumdan məsələ ilə bağlı açıqlama veriləcəyi bildirilib.

***

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, bu gün saat 17:03 radələrində metronun “Nərimanov” stansiyasında qatarda texniki nasazlıq yarandığı üçün köməkçi qatar vasitəsilə xətdən çıxarılır.

Bu səbəbdən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью