Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyədə keçirilən Türk Dünyasının II Beynəlxalq Riyaziyyat Olimpiadasında Vətən müharibəsi şəhidi Əli Ələkbərovun övladları Nazlı və Əkbər Əlizadələr böyük uğura imza atıblar.
“Qafqazinfo” xəbər verir ki, Nazlı Ələkbərzadə qızıl medal, qardaşı Əkbər Ələkbərzadə isə bürünc medal qazanaraq ölkəmizi təmsil ediblər.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Nərimanov rayonunun sakinləri olan qaliblərlə görüşüb, onları təbrik edib və gələcəkdə uğurlar arzulayıb.
Gənclərin təhsilə olan marağı və əzmi xüsusi vurğulanıb. Onların nümunəvi gənc kimi yetişməsinin cəmiyyət üçün böyük əhəmiyyətinin olduğu qeyd olunub.