Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsində sürücü kuryeri vurub.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb.
Belə ki, “Toyota” markalı maşın, mopedlə hərəkətdə olan “Wolt” çatdırılma şirkətinin işçisini vurub.
İddialara əsasən, qəzaya səbəb moped sürücüsünün maşının anidən qarşısına çıxması olub.
Nəticədə o, avtomobilə çırpılıb və aldığı zərbənin təsirindən yerə yıxılıb. Xoşbəxtlikdən ciddi xəsarət qeydə alınmayıb.
Kuryer bir müddət sonra yaxınlıqdakı insanlar yardımı ilə ayağa qalxıb.
Nərmin Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.