Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paytaxtın Nərimanov rayonu, 4-cü Uzununa küçəsində sürücülərin parklanma qaydalarını pozması kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 5-də saat 11:06 radələrində qeydə alınıb.
Belə ki, 10-SE-683 dövlət nömrə nişanlı “Volkswagen” markalı və 77-OV-518 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillərin sürücüləri nəqliyyat vasitələrini təhlükəsizlik adacığının üzərində park ediblər.
Qeyd edək ki, qanunvericiliyə əsasən, təhlükəsizlik adacıqlarında dayanma və durma qadağandır. Sürücülər parklanma zamanı yol hərəkəti qaydalarının tələblərinə əməl etməli və digər hərəkət iştirakçıları üçün maneə yaratmamalıdırlar.
Nərmin