Nərimanovda yaşayanların nəzərinə!

01.12.2024

Icma.az bildirir, Publika.az portalına istinadən.

“Azəriqaz” İstehsalat Birliyi Bakının Nərimanov rayonu sakinlərinə müraciət edib.

İstehsalat Birliyindən Publika.az-a bildirilib ki, Nərimanov rayonunun İ.Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində siyirtmədə aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə dekabrın 2-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə İ.Həsənoğlu, Təbriz və K. Rəhimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью