Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Bakının Nərimanov rayonu, Ağanemətulla küçəsində yolda yaranan çökəklik sürücülər üçün problem yaradıb.
BAKU.WS xəbər verir ki, çökəkliyə düşən avtomobillərə maddi ziyan dəydiyi bildirilib.
Sürücülər yoldakı vəziyyətin nəqliyyat vasitələri üçün təhlükə yaratdığını qeyd edirləb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, əraziyə baxış keçirilib. Kommunikasiya xətlərində yaranmış problemlərin yol örtüyündə çökməyə səbəb olduğu aşkar edilib.
"Hazırda ərazidə aidiyyəti qurumun əməkdaşları tərəfindən kommunikasiya xəttində yaranan problemin aradan qaldırılması ilə bağlı iş aparılır. Proses başa çatdıqdan sonra çökən yol hissəsində müvafiq tədbirlərin görülməsi tərəfimizdən təmin olunacaq", - deyə məlumatda qeyd olunub.