Nərimanovda zəncirvari qəza: Üç maşın toqquşdu, bir nəfər yaralandı VİDEO

19.11.2025

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Nərimanov rayonunda zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakı Avtosfer.az-ın sorğusuna Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli məlumat verib. O bildirib ki, qəza noyabrın 18-də saat 15:30 radələrində qeydə alınıb: “Belə ki, hərəkətdə olan 99-ZQ-495 “Hongqi” markalı, 77-SO-811 dövlət nömrə nişanlı “BYD” markalı, 10-KU-017 “Toyota Prado” markalı avtomobillət toqquşub. Hadisə nəticəsində hər üç maşına maddi ziyan dəyib, “Hongqi”nin sürücüsü xəsarət alıb”.

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью