Nərmin 41 yaşını adada qarşıladı FOTO/VİDEO

24.01.2026

Dogru.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müğənni Nərmin Kərimbəyova 41 yaşını fərqli məkanda qeyd edib.

Doğru.az xəbər verir ki, sənətçi yeni yaşını ilk dəfə səfər etdiyi Qətərdə, ada mühitində qarşılayıb. Doğum günü ilə bağlı sosial şəbəkələrdə foto və videolar paylaşan Nərmin Kərimbəyova bu səfərin onun üçün xüsusi mənəvi anlam daşıdığını bildirib.

Müğənni paytaxt Doha şəhərindən təxminən 30 dəqiqəlik gəmi yolu ilə yerləşən Banana adasında qızı ilə birlikdə dincəlib. Onun doğum günü gecəsində seçdiyi gecə libası isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Nərmin Kərimbəyova paylaşımında yeni yaşını belə şərh edib:

“41-ci doğum günümü yeni ölkədə, adada qarşılamağa qərar verdim. Heç vaxt səyahət etmədiyim Qətəri seçdim. Banana adasında yeni ruhsal təcrübələrə başlamışam. Artıq həyatı daha dərindən, balanslı və fərqli nəfəs ilə yaşamağa başlayıram. Yeni yaşımda dinləyicilərimə yalnız musiqi ilə deyil, ruhsal fəaliyyətlərimlə də faydalı olmaq istəyirəm. Tezliklə yeni mahnımız da gəlir”.

Sənətçi qeyd edib ki, bu mərhələ onun həyatında həm şəxsi, həm də yaradıcılıq baxımından yeni bir dönüş nöqtəsidir.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью