Nərmin Kərimbəyova Zəfər günü nə həsr olunan Atabarı nı təqdim etdi

11.11.2026

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müğənni Nərmin Kərimbəyova "Zəfər Günü"nə yeni layihə hazırlayıb.

AZXEBER.COM xəbər verir ki, sənətçi, bu dəfə "Atabarı" adlı türk xalq mahnısına müraciət edib.

Sözü gedən nəğmə, türk dünyasının sevilən xalq mahnısı hesab olunur. "Atabarı" dəfələrlə müxtəlif ifaçıların repertuarına əlavə olunub. Kərimbəyova isə öz çılğın rəngi ilə bu mahnını yeni aranjimanda özünün fərqlənən tərzində ifa edib. Üstəlik, mahnıya aid şən fotosessiya da etdirib.

Onu da qeyd edək ki, "Atabarı" yayımlandığı qısa zaman kəsiyində kifayət qədər sevilərək, viral olmağa başlayıb.

Bəstənin söz və musiqisi anonim xalq mahnısı (türkü) sayılır.

Azərbaycan dilində miks/masterinqi Oruc Məmmədova məxsusdur.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью