Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ötən il "Bakı Metropoliteni" QSC-də mətbuat katibi təyin edidiyi bildirilən Nərmin Salmanova yenidən əvvəlki işinə qayıtdığını qeyd edib.
Ölkə.Az-ın məlumatına görə, o, fasilədən sonra İctimai Televiziyanın (İTV) "Xəbərlər" proqramında fəaliyyət göstərəcək.
N.Salmanova bu gün saat 20:00-da İTV Xəbər proqramında çıxış edəcəyini açıqlayıb.
Qeyd edək ki, o bundan öncə sosial şəbəkə hesabında özünü başqa bir sahədə sınamaq istədiyini yazmışdı.
Daha sonra Nərmin Salmanovanın "Bakı Metropoliteni" QSC-də yeni mətbuat katibi təyin edildiyi barədə xəbər yayılıb. Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədovun isə fəaliyyətini Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri kimi davam edəcəyi bildirilib.
Lakin Salmanova sonradan bu vəzifədə çalışmadığını açıqlayıb. O, Metropolitenin əməkdaşlıq təklif etdiyini, lakin maaş məsələsində razılığa gələ bilmədiklərini deyib:
“Danışıqlar aparsaq da, əməkdaşlıq üçün ilkin mərhələdə razılaşdırdığımız əməkhaqqı şərtlərində dəyişiklik edildi — müqavilədə razılaşdırdığımız məbləğdən fərqli məbləğ göstərildi və buna görə əməkdaşlıq baş tutmadı. Beləliklə, orada çalışdığım barədə yayılan məlumat düzgün deyil”, - deyə o əlavə edib.
Qeyd edək ki, Nərmin Salmanova daha əvvəl CBC Sport və İTV kanallarında aparıcı kimi çalışıb.