Nərminə Hüseynovadan yeni təyinat

21.05.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinat həyata keçirilib. Bu barədə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynovanın əmrinə əsasən, Turanə Məcidli BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun müdiri vəzifəsinə təyin edilib.

Bu təyinata qədər Turanə Məcidli Bakı şəhəri 2 nömrəli Texniki-humanitar liseyin direktoru vəzifəsində çalışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью