Nəsib Məhəməliyev: “Müsbət cəmli yanaşma dayanıqlı sülh üçün daha effektivdir”

13.08.2026

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Stiv Uitkoffun sözlərinə görə, Azərbaycan-Ermənistan münaqişəsinin həllində əsas dönüş nöqtəsi məsələyə “sıfır cəmli ərazi mübahisəsi” kimi deyil, qarşılıqlı fayda yaradan nəqliyyat və iqtisadi imkan kimi yanaşılması olub. Onun TRIPP-ni “sonsuz danışıqlar” əvəzinə yaradıcı və praktiki həll modeli kimi təqdim etməsi göstərir ki, Vaşinqton sülh prosesini yalnız siyasi razılaşma deyil, yeni regional iqtisadi düzənin təməli kimi görür.Uitkoffun “sıfır cəmli ərazi mübahisəsi” yanaşmasının dəyişdiyini deməsi TRIPP-nin Azərbaycan-Ermənistan sülhündən daha böyük – Cənubi Qafqazın geoiqtisadi xəritəsini dəyişdirən ABŞ layihəsinə çevriləcəyini göstərirmi?

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Uitkofun “sıfır cəmli ərazi mübahisəsi” yanaşmasının dəyişdiyini deməsi, Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə olunması üçün doğru variantdır: “Sıfır cəmli ərazi mübahisəsinin” alternativi “müsbət cəmli” yanaşmadır. Birinci variantda tərəflər zəbt etdikləri ərazilər üzrə razılığa gəlir və sülh müqaviləsi imzalanır. İkinci variantda isə, ərazi məsələsindən başqa təhlükəsizlik, iqtisadi əməkdaşlıq, resurslardan birgə istifadə kimi faydalı layihələrin icrası nəzərdə tutulur.

“Şübhəsiz, burada TRİPP layihəsinin əhəmiyyəti olduqca böyükdür.

Uitkofun yanaşmasına görə, TRİPP-Zəngəzur dəhlizi açıldıqdan sonra, qarşılıqlı iqtisadi asılılıq, Ermənistanla Azərbaycan arasında əməkdaşlığı möhkəmləndirəcək və nəticədə dayanıqlı sülhə nail olunacaqdır” deyə o bildirib.

Deputat vurğulayıb ki, Naxçıvanda səfərdə olan Prezident İlham Əliyev AzTV-yə müsahibəsində Zəngəzur dəhlizi ilə sualı cavablandırarkən ətraflı məlumat verdi.

“Zəngəzur dəhlizinin istifadəyə verilməsi, Cənubi Qafqazın inkişafında əhəmiyyətli rol oyanayacaq və gərginlik aradan qalxacaq”- deyə o bildirib.

İradə Cəlil, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью