Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 27 yanvar, AZƏRTAC
Yanvarın 31-də Kamera və Orqan Musiqisi Zalında Azərbaycan Milli Konservatoriyası və M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı çərçivəsində ilk dəfə olaraq “Nəsillərin dialoqu” adlı yeni musiqi layihəsi təqdim ediləcək.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsertdə Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Ələkbərov, istedadlı tarzən İbrahim Babayev və tələbələri çıxış edəcək.
Proqramda Azərbaycan bəstəkar əsərləri, xalq rəqsləri və İbrahim Babayevin muğam improvizələri səslənəcək.