“Nəsillərin dialoqu” adlı yeni musiqi layihəsi təqdim edilib

31.01.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 31 yanvar, AZƏRTAC

Yanvarın 31-də Azərbaycan Milli Konservatoriyası və Filarmoniyanın birgə təşkilatçılığı ilə ilk dəfə olaraq “Nəsillərin dialoqu” adlı yeni musiqi layihəsi təqdim olunub.

AZƏRTAC xəbər verir ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında keçirilən konsertdə Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Ələkbərov, istedadlı tarzən İbrahim Babayev və onun tələbələri çıxış ediblər.

Konsert proqramında Azərbaycan bəstəkarlarının əsərləri, xalq rəqsləri, eləcə də İbrahim Babayevin muğam improvizasiyaları səsləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью