Nəsimi Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

12.11.2025

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Nəsimi Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib.

"Report"un məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən, bu vəzifəyə Elxan Oqtay oğlu İbrahimov təyin edilib.

Prezidentin bundan əvvəl imzaladığı Sərəncama əsasən, Elxan İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью