Nəsimi rayonunda bir ay ərzində narkotik vasitə və spirtli içkinin təsiri altında maşın sürən 20 sürücü saxlanılıb, 5 i həbs olunub

04.02.2025

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakının Nəsimi rayonunda narkotik vasitə və spirtli içkinin təsiri altında nəqliyyat vasitəsi idarə edən 20 sürücü saxlanılıb.

Bu barədə "Report"a Bakı şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ötən ay həyata keçirilən profilaktik tədbirlər zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozan, narkotik vasitə, psixotrop maddə və spirtli içkinin təsiri altında avtomobil idarə edən, eyni zamanda yol polisinə tabesizlik göstərən 20 sürücü aşkar edilib.

Həmin sürücülər barəsində toplanılmış materiallar məhkəməyə göndərilib, onlardan beşi inzibati qaydada həbs edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью