Nəsimi rayonunda mənzil qanunsuz obyektə çevrildi Fotofakt | Icma.az
Yenigundem saytından alınan məlumata görə, Icma.az bildirir. Nəsimi rayonunda mənzil qanunsuz obyektə çevrilıb.
XALQ.AZ-a daxil olan məlumata görə bayram tətilində sui-istifadə edən işbazlar qanunsuz tikinti aparılması üçün fürsət biliblər.
Giriş hissəsi qanunsuz olaraq artırılan və küçəyə çıxarılan obyektdə tikintiyə Elman adlı şəxs rəhərlik edir.
Son zamanlar paytaxtın bir çox rayonlarında qanunsuz tikinti işləri yenidən füsət alıb.
Rayon icra hakimiyyətlərinin və tikintilərə nəzarət edən qurumların yetkililəri ilə “anlaşan” bəzi şəxslər, heç bir rəsmi icazə sənəd olmadan müxtəlif iaşə obyektlərini inşa edirlər.
Xalq.az-ın əldə etdiyi məlumata görə belə qanunsuz tikililərdən biri də hazırda paytaxtın Nəsimi rayonu, 5-ci mkr, 20 yanvar küçəsi 6 ünvanında baş verir.
Belə ki, beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzil qanunsuz olaraq obyekt kimi inşa edilib.
Mənzilin obyektə çevrilməsi ilə bağlı İcazə sənədinin olmadığı və mənzilin giriş hissəsi qanunsuz olaraq artırılaraq küçəyə çıxarılıb.
Tam oxu
Xəbəri oxu